Əlaqə Arxiv
news Image
2014.03.04
11:04
| A A A
149.0 min manatı mənimsəyənlərə cinayət işi açıldı

Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.  Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Ağdam rayon ƏSMM-nin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.  Hazırda iş üzrə istintaq davam etdirilir.

   

Sizin Reklam Yeriniz