Əlaqə Arxiv
news Image
2014.03.04
12:14
| A A A
Rus və Ukrayna döyüş gəmiləri boğazlardan keçdi

İki rus döyüş gəmisi Qara dənizə daxil olmaq üçün İstanbul boğazından keçib. Ukrayna donanmasına aid bir gəmi isə saat 9 radələrində Çanaqqala boğazından keçib. 


Movqe.Az xəbər verir ki, Ukrayna və Rusiya arasındakı Krım böhranının ardınca Qara dənizə çağırılan 150 bort nömrəli Saratov və156 bort nömrəli Yamal adlı 2 Rus döyüş gəmisi, saat 07.30 radələrində İstanbul boğazından keçib. 


Egey dənizindən Marmara dənizinə irəliləyən gəmilərin keçişi əsnasında sahil təhlükəsizlik gəmilərinin onları müşayiət etmədiyi görülüb. 


Ukrayna donanmasına aid "Hetman Sahaidachny" adlı gəmi isə saat 9 radələrində Çanaqqala boğazından keçib. 


Alınan məlumata görə, Egey dənizi tərəfdən Çanaqqala Boğazına daxil olan hərbi gəmi Mərmərə dənizi yönünə doğru irəliləyir. 

      

Sahil Təhlükəsizliyinə aid gəminin müşayiət etdiyi gəminin gedəcəyi liman haqqında məlumat verilməyib.

Sizin Reklam Yeriniz