Əlaqə Arxiv
news Image
2014.03.04
13:31
| A A A
Deputatın fond ideyası dəstəklənmədi
Nəsib Quliyev: " Sizcə Azərbaycanda bu xeyirxah əməllə məşğul olan Heydər Əliyev Fondundan başqa fondun yaradılmasına ehtiyac varmı?"

"Müalicəsi Azərbaycanda mümkün olmayan xəstələrin xaricə göndərilməsi üçün Fond yaradılmalıdır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Qüdrət Həsənquliyev deyib.  Onun sözlərinə görə, hazırda ölkədə bir çox xəstəliklərin müalicəsi mümkünsüzdür: "Heydər Əliyev Fondu bu istiqamətdə böyük işlər görüb, çox adamı xaricə müalicə üçün göndərib. Eləcə də prezident İlham Əliyev bir çox elm adamlarını xaricə müalicə almaq üçün göndərib. Amma bu tam deyil. Mən təklif edirəm ki, bu istiqamətdə fond yaradılsın. Azərbaycanlı iş adamları bu fonda vəsait yatırsın". Deputat parlamendə 17 yaşlı Nərmin Hüseynlinin müalicəsindən də danışıb: "Bir neçə gün öncə bir qrup gənc mənə 17 yaşlı Nərmin Hüseynlinin müalicəsi üçün müraciət etmişdilər. Ona 150 min euro lazımdır. Artıq bu pulun yarısı yığılıb. Məncə ölkədə xaricdə müalicə almağa gedənlər üçün fond yarasılsa, bu cür şəxslərə kömək olunar"-, deyə, Q.Həsənquliyev əlavə edib.


Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya"nın sədri Nəsib Quliyev isə Azərbaycanda belə bir fondun yaradılmasına ehtiyac olmadığını söyləyib. Komissiya sədri Movqe.az-a bildirib ki, Azərbaycanda Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya"sı fəaliyyət göstərir. Həmin Komissiya vasitəsilə Azərbaycanda müalicəsi mümkün olmayan xəstələr xaricə göndərilir: " Eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə hər il xeyli sayda insan xaricə müalicəyə göndərilir. Sizcə ölkəmizdə belə bir fond olduğu təqdirdə yeni bir fondun yaradılmasına ehtiyac varmı? Mənim fikrimcə, xeyir. Çünki Mehriban Əliyevanın humanistliyi nəticəsində hər il xeyli sayda insan sağlamlığına qovuşur. Heydər Əliyev Fondu üzərinə götürdüyü bu missiyanın öhdəsindən layiqincə gəlir. Ulu Öndərin adını daşıyan Fondu Azərbaycanda mümkün olmayan xəstələrə açılan şəfa qapısı da adlandırmaq olar. Amma Azərbaycan səhiyyəsinin qarşıya qoyduğu məqsəd bütün xəstəliklərin ölkəmizdə müalicəsini təmin etməkdir. İllər əvvəl bir çox əməliyyatların Azərbaycanda gerçəkləşdirilməsi mümkün deyildi. Amma səhiyyəmizdə sürətli inkişaf nəticəsində bir çox ağır əməliyyatların Azərbaycanda aparılması reallaşıb. Yaxın zamanlarda sümük iliyinin köçürülməsi kimi dünyada ən çətin əməliyyat hesab edilən bir əməliyyatı ölkəmizdə gerçəkləşdirmək mümkün olacaq. Azərbaycan səhiyyəsinin belə bir hədəfə yönəldiyi bir vaxtda xaricdə müalicə üçün başqa bir fondun yaradılmasına lüzum görmürəm. Çünki yaxın gələcəkdə Azərbaycandakı xəstələrin müalicə üçün xaricə getməsinə ehtiyac qalmayacaq".




  

Sizin Reklam Yeriniz