Əlaqə Arxiv
news Image
2014.03.04
16:16
| A A A
“Azəriqaz” da zirzəmidə baş verən partlayışla bağlı açıqlama yayıb

Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında baş verən partlayışla bağlı məlumat yayıb. "Azəriqaz" İB-dən APA-ya verilən məlumatda 3 mart 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi-8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayışın təbii qazla heç bir bağlılığı olmadığı bildirilib. Açıqlamada daha sonra deyilir: "Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edildiyi kimi, hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edilib, təmizləmə işləri aparılmaqla hadisə yerinə baxışın keçirilməsi davam etdirildiyi zaman qeyri-yaşayış sahəsinin alqı-satqı üçün icarəyə götürülmüş hissəsində, qapıdan sol tərəfdə olan yanğından sonrakı qalıqların arasından masaüstü tipli bir gözlü qaz plitəsi, ona qoşulmuş rezin qaz borusu, rezin qaz borusunun əlavə hissəsi, otağın təxminən orta hissəsində qaz balonunun parçalanmış gövdəsinin bir hissəsi, qapı ilə üzbəüz olan divarın yanında qaz balonunun gövdəsinin altlığı və qaz plitəsinin üzərinə qoyulan metal barmaqlıq, eləcə də müxtəlif növ elektrik naqilləri, üçlüklər və bir ədəd elektrik açarı aşkar olunaraq götürülüb. Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilib. Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir".

 

"Azəriqaz" İB bir daha bütün abonentlərə qazdan istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edir. 

Sizin Reklam Yeriniz