Əlaqə Arxiv
news Image
2014.03.04
17:32
| A A A
Mikayıl Cabbarovun vətəndaşlarla görüşəcəyi vaxt dəyişdirildi
Təhsil naziri Mikayıl Cabbarovun vətəndaşlarla görüşəcəyi vaxt dəyişdirildi. Movqe.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nazir Mikayıl Cabbarovun 17 mart 2014-cü il tarixində Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbulu vaxtında dəyişiklik edilib. Belə ki, 11 mart 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 5, 6 və 7 mart 2014-cü il tarixlərində Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Sizin Reklam Yeriniz