news Image
2014.03.04
17:39
| A A A
“Bank of Baku”nun rəhbərinin həbs xəbəri yalan çıxdı

Bu gün mediada belə bir xəbər yayılıb ki, "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub.  Müvafiq xəbərdə onun iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı bildirilirdi. İnformasiyada qeyd olunurdu ki, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir.  

Əməkdaşımız bank sektoru ilə yanaşı, həkimlik fəaliyyəti ilə də məşğul olan və hazırda 5 saylı xəstəxananın qastroskopiya şöbəsinin müdiri olan Elçin İsayevlə əlaqə yaradaraq öyrənib ki, hazırda o, işinin başındadır. E.İsayev barəsində yayılmış məlumatdan xəbərsiz olduğunu bildirib və qeyd edib ki, o, indi Gəncədədir. E.İsayev Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla əməkdaşlığı olması barədə də iddiaları təkzib edib.