Putinlə Ərdoğan Ukraynadakı son vəziyyəti müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə baş naziri Rəcəb Tayyip
Ərdoğan arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin
verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat
yayıb. Məlumatda telefon danışığının R.T.Ərdoğanın istəyi ilə
gerçəkləşdiyi bildirilib.V. Putinlə R.T. Ərdoğan arasında Ukraynada
baş verən böhran, xüsusi ilə də Krımda baş verən son hadisələrin
inkişafı ətraflı müzakirə olunub.Hər iki tərəf "Maydan"ın radikal
və ekstremist güclərinin aqressiv fəaliyyətinə baxmayaraq Krımda
millətlərarası və konfessiyalararası sülhün və sabitliyin təmin
olunacağına əminliyini bildiriblər.Putin və Ərdoğan bu mövzuda
müxtəlif səviyyələrdə əlaqələrin saxlanılması barədə razılığa
gəliblər.