Əlaqə Arxiv
news Image
2012.04.06
03:18
| A A A
Müxalifətə inamsızlıq və etimadsızlıq var
“Onlar cəmiyyətə hakimiyyətin siyasətindən az fərqlənən belə konsepsiya təklif edə bilmir”

Siyasi partiyaların çağırışları o zaman normal qəbul oluna bilər ki, həmin çağırışlar qəbul olunmuş ümumi demokratik dəyərlərə normalara müvafiq olsun.

Amma həqiqət ondan ibarətdir ki, ölkə vətəndaşları birmənalı şəkildə hazırkı hakimiyyəti dəstəkləyirlər.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov dilə gətirib. Onun dediyinə görə, buna paralel olaraq, ölkə vətəndaşlarının seçicilərinin bugünkü müxalifətə etimadı olduqca aşağı düşüb, hətta demək olar ki, sıfır həddinə gəlib, çatıb.

Ə.Əhmədov bildirib ki, belə olan halda, müxalifət nümayəndələrinin təmsilçilərinin çağırışları Azərbaycan vətəndaşları tərəfindən böyük etinasızlıqla qarşılanır, onların çağırışları cəmiyyətimizdə hər hansı bir reaksiya doğurmur ictimai müzakirə predmetinə belə çevrilmir:

"Bütövlükdə, cəmiyyətdə bu cür radikal mövqedə duran müxalifətə inamsızlıq etimadsızlıq var. Prinsip etibarilə müxalifətin əleyhinə deyiləm. Ancaq müxalifət cəmiyyətə hər hansı alternativ ideyanı, düşüncəni təklif etməli buna müvafiq olaraq özünə tərəfdarlar formalaşdırmalıdır.

Amma müxalifət cəmiyyətə bu gün hakimiyyətin həyata keçirdiyi siyasətdən konsepsiyadan az da olsa, fərqlənən ideya ya konsepsiya təklif edə bilmir.

Onların bacardıqları məmnuniyyətlə etdikləri yeganə Azərbaycana qara yaxmaq, böhtan atmaq ölkə reallıqlarını təhrif etməkdir. Bu böhtan təkcə Azərbaycan iqtidarına atılmır, bütövlükdə Azərbaycana qarşı yönəlir".

YAP rəsmisi eyni zamanda bildirib ki, müxalifət bütün bunlardan düzgün nəticə çıxarmalı, öz hərəkətlərinə davranışlarına tənqidi yanaşmalıdır:

"Niyə Azərbaycan cəmiyyəti ölkə vətəndaşları onlara bu qədər etinasızlıqla yanaşır? Amma həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək düzgün nəticələr çıxarmaq əvəzinə daha radikal addımlar atırlar.

radikal addımlar üçün onlara təklif olunan əsas yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar.

Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə tamamilə daha böyük günahlara gətirib çıxaran addımlar atmış olurlar".  

Sizin Reklam Yeriniz