Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Azərbaycanda Suriyada təlim keçən dini qruplaşmanın üzvləri saxlanılıb
 
 
news Image
2014.03.05
11:58
| A A A
Azərbaycanda Suriyada təlim keçən dini qruplaşmanın üzvləri saxlanılıb
Azərbaycanda ötən il keçirilən əməliyyatlar nəticəsində Suriyada xüsusi təlim keçmiş terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.
Movqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.Məlumatda qeyd olunub ki, məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır.