news Image
2014.03.05
15:14
| A A A
Azərbaycanda qadın polislərin sayı açıqlandı-Eksklüziv
Ehsan Zahidov: "Xidmətdə fərqlənən qadın əməkdaşların vəzifədə irəli çəkilməsi DİN rəhbərliyinin daimi diqqətində olan vacib məsələlərdən biridir" Bu günlərdə Azərbaycan parlamentin sədr müavini Bahar Muradova Milli Məclisdə keçirilən iclasda Azərbaycanda müvəqqəti saxlama yerlərində polis əməkdaşları sırasına qadınların cəlb edilməsinə ciddi ehtiyac oluduğunu söyləmişdi. Dünya praktikasını misal çəkən B. Muradova bildirib ki, bu həm də həmin sistemdə gender bərabərliyini qorumağa və bir sıra problemləri də həll edə bilər.  Movqe.az Azərbaycanda qadın polis əməkdaşlarının sayı ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sual ünvanlayıb. DİN-nin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Movqe.az-ın sualına cavab olaraq bildirib ki,daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamədə də qeyd olunduğu kimi polisdə xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə Azərbaycan dilini bilən, yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən qadınlar qəbul olunurlar: "Buradan da aydın görünür ki, ölkəmizdə xanımların polis sıralarında işləməsinə heç bir maneə, qadağa yoxdur . Hazırda Respublikanın daxili işlər orqanlarında xidmət edən ümumi əməkdaşların 8.4 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Ümumiyyətlə, son 10 ildə DİO-da qadın əməkdaşların sayı ildən-ilə artır. Onu da qeyd etmək lazımdır ki, müraciət edən xanımların DİO-ya qəbulu, xidmətdə fərqlənən qadın əməkdaşların vəzifədə irəli çəkilməsi DİN rəhbərliyinin daimi diqqətində olan vacib məsələlərdən biridir. Xanım əməkdaşlarımız DİO-nun bütün xidmət sahələrində, əsasən də, istintaq, təhqiqat, kadr, pasport, maliyyə, tibb, statistik informasiya, informasiya kommunikasiyası, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, "102" və "Təhlükəsiz şəhər" xidmətlərində müxtəlif vəzifələrdə, müxtəlif rütbələrdə təmsil olunurlar. Polis qadın əməkdaşlarımızın bir hissəsi bu gün "ASAN xidmət" mərkəzlərində də vətandaşlarımıza nümunəvi xidmət göstərirlər. Yeri gəlmişkən, qarşıdan gələn 8 mart münasibətilə qadın həmkarlarımı təbrik edirəm, onlara seçdikləri bu çətin və bir o qədər də şərəfli peşədə yeni-yeni uğurlar arzulayıram".