news Image
2014.03.05
16:28
| A A A
Metropolitenin yeni rəisi saytı yeniləyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına uyğun olaraq, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Movqe.az xəbər verir ki,   metropolitenin rəsmi saytında (metro.gov.az) yerləşdirilən  elanda qeyd olunur ki, sərəncamdan irəli gələn tələblərə uyğun olaraq saytda yenilənmə işləri aparılır.
 Metropoliten bildirir ki, yenilənmə işləri ilə bağlı əlavə məlumat veriləcək.