news Image
2014.03.05
17:09
| A A A
Ukrayna NATO-ya daxil olur
Ali Radada Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyən qanun layihəsi qeydiyyata alınıb. Sənədin mətni parlamentin saytında dərc edilib.

Bu barədə Trend UNİAN agentliyinə istinadən məlumat verir.

Qanun layihəsi özündə "Milli təhlükəsizliyin əsasları haqqında" qanuna dəyişiklikləri ehtiva edir. Habelə sənəd bu qanunun Ukraynanın milli prioritetlərindən bəhs olunan altıncı maddəsinə "Avroatlantik məkana inteqrasiya" məsələsinin daxil edilməsini təklif edir. Dövlət siyasətinin təhlükəsizlik sahəsində əsas istiqamətlərinin sadalandığı səkkizinci maddədə "Avropa İttifaqına üzvlüyün əldə olunması" sözlərindən sonra "və Şimali Atlantika Müqaviləsinə" sözlərinin əlavə edilməsi təklif edilir.

Bundan başqa, qanun layihəsi "Daxili və xarici siyasət prinsipləri haqqında" qanuna dəyişikliklər edilməsini də nəzərdə tutur. 11-ci maddədən Ukraynanın blokdankənar dövlət olduğu barədə bəndin çıxarılması təklif edilir. Elə bu maddəyə (xarici siyasətin prinsiplərinin sadalandığı hissəyə) "Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyü və Avropanın kollektiv təhlükəsizlik sisteminin yaradılmasında iştirak haqqında" bəndin əlavə edilməsi təklif edilir.

Sənədin müəllifləri keçmiş müxalifət, hazırda isə hakim "Batkivşina" partiyasından olan deputatlarAleksandr Çornovolenko,Valentin KorolyukBoris Tarasyukdur. B.Tarasyuk keçmişdə Ukraynanın NATO yanında missiyasının rəhbəri olub, sonralar ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, Ukraynanın fevralın sonlarında formalaşan yeni hökumətində Baş nazirin Avropaya inteqrasiya üzrə müavini postunu tutub.