Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Bakcelldən Elmira Axundovanın SMS şikayətinə cavab
 
 
news Image
2014.03.05
17:14
| A A A
Bakcelldən Elmira Axundovanın SMS şikayətinə cavab

Bakcell  şirkəti millət vəkili Elmira Axundovanın Milli Məclisdə SMS-lərlə bağlı iradına cavab verib. Movqe.az-a Balcell şirkətindən verilən məlumatda bildirilir ki, şirkətin həyata keçirdiyi fəaliyyətin əsas məqsədlərindən biri öz abunəçilərini sərfəli və yüksək keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin etməkdir: "Həmçinin qeyd etmək lazımdır ki, Bakcell daim göstərdiyi xidmətlərin və müştəri xidmətləri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görür və abunçəlirimiz öz növbəsində Bakcell şirkətini ölkənin mobil kommunikasiya sektorunun lideri kimi qəbul edir. Abunəçimiz millət vəkili xanım Elmira Qafarovanın xidmətlərimizdən narazı olması bizim üçün narahatçılıq və təəssüf doğuran bir haldır və qeyd olunan məsələnin həlli üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini bildiririk. Reklam və digər xarakterli qısa mesajlarının göndərilməsi məsələsinə gəldikdə isə bildiririk ki, bu mürəkkəb prosesdə adətən bir neçə tərəfin iştirakı tələb olunur. Məsələn, abunəçilərə göndərilən "kütləvi SMS"lər adətən Bakcell tərəfindən deyil, digər şirkətlər tərəfindən göndərilir. Kütləvi SMS-lərin isə 3 növü mövcuddur:

* Operator tərəfindən yeni tarif və ya məhsullar barədə göndərilən məlumat;

* Üçüncü tərəflər (yəni məzmun və xidmət təchizatçıları) tərəfindən təqdim olunan xidmətlər;

* Dükan, bank və digər şirkətlərin reklam xarakterli mesajları

Aldığımız şikayətlərin əksəriyyəti reklam xarakterli mesajların göndərilməsi ilə bağlıdır. Buna səbəb isə abunəçilərimizin ticarət və satış nöqtələrində və həmçinin banklar və digər obyektlərdə müəyyən məhsulların əldə edilməsi zamanı satıcılara (və ya satış nümayəndələrinə) öz mobil nömrələrini təqdim etməsidir. Bu kimi mesajlara Bakcell tərəfindən nəzarət edilmir, çünki bu SMS-lər həmin şirkətlərin ÖZ müştərilərinə göndərdiyi məlumatlardır və onların tərəfimizdən bloklaşdırılması müqavilənin şərtlərinin pozulması kimi qəbul olunacaq. Həmçinin qeyd etmək lazımdır ki, müəyyən şirkətlər və ticarət nöqtələri öz müştərilərinə reklam xarakterli mesajların göndərilməsi üçün üçüncü tərəflərlə (xidmət və məzmun təchizatçıları) ilə müqavilə bağlayır. Bu halda həmçinin, müştəri barədə məlumat (telefon nömrəsi və s.) elə müştərinin özü tərəfindən satıcılara təqdim edilir (məsələn reklama cavab verməklə və yaxud güzəşt və s. kimi kartların əldə edilməsinə dair ərizə formasını doldurmaqla).

Bakcell olaraq müştərilərimizə tövsiyə edirik ki, arzu etmədikləri reklam mesajlarının qarşısını almaq üçün gələcəkdə öz nömrələrini digər tərəflərə təqdim edərkən bir qədər diqqətli olsunlar. Bakcell şirkətinə abunəçilərdən yuxarıda qeyd olunan məsələ ilə bağlı şikayət daxil olduqda, müvafiq üçüncü tərəflərə (provayderlərə) dərhal məlumat verilir və SMS-lərin həmin nömrəyə göndərilməsi dayandırılır. Bakcell tərəfindən göndərilən SMS-lərə gəldikdə isə, bildiririk ki, müəyyən SMS-in göndərildiyi nömrəyə "STOP" sözünü göndərməklə mesajların göndərilməsinə qadağa qoymaq olar. Bundan əlavə, istənilməyən mesajlar məsələsinin həllinə dair məlumat Bakcell tərəfindən müntəzəm olaraq şirkətin rəsmi sosial media kanalları vasitəsilə abunəçilərə çatdırılır. Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, ödənişli xidmətlər abonəçinin yalnız özü tərəfindən SMS və yaxud müəyyən İnternet səhifələri vasitəsilə aktivləşdirilə bilər. Yalnız Bakcell tərəfindən keçirilən "pulsuz həftələr" tipli kampaniyalar zamanı mütləq qaydada abunəçilərə balansdan məbləğın çıxılmasından əvvəl məlumat verilir. Digər provayderlər isə çox vaxt məlumat vermədən tələb olunan məbləği abunəçinin hesabından silirlər. Buna görə bütün müştərilərə tövsiyə olunur ki, hər hansı məzmun və ya xidmət təchizaçısının xidmət və ya kampaniyasına qoşulmazdan əvvəl (və yaxud iştirakını təsdiq etməzdən qabaq) həmin xidmətin/kampaniyanın müvafiq şərt və qaydaları ilə diqqətlə tanış olsunlar. Bir daha bildiririk ki, Bakcell xidmətlərinə aid olan SMS-lərin dayandırılması üçün müvafiq nömrəyə "STOP" sözünü göndərmək kifayətdir. Şirkətimiz tərəfindən göndərilən SMS-lər ödənişli deyil və müştərinin balanısa təsir etmir. Bakcell şəbəkəsində qısa mesajların alınması pulsuz olan bir xidmətdir. Ödənişli xidmətlərdən istifadə üçün isə MÜTLƏQ qoşulma tələb olunur. Bəzi hallarda isə müştərilər yeni SİM və yaxud tarif paketinin hissəsi olaraq müəyyən xidmətlərə qoşulmuş olurlar, bu isə yeni paketin şərt və qaydalarında qeyd edilir və YALNIZ BAKCELL XİDMƏTLƏRİNƏ aiddir. Sonda isə qeyd etmək istərdik ki, Bakcell şirkəti yuxarıda qeyd olunan məsələnin dövlət tərəfindən tənzimlənməsini dəstəkləyir. İnanırıq ki, müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə görüləcək işlər "Bakcell"in öz müştərilərinə göstərdiyi xidmətlərin keyfiyyət və səviyyəsinin artırılmasına kömək edəcək".