Əlaqə Arxiv
news Image
2014.03.05
18:07
| A A A
25 yaşlı oğlan özünü metro qatarının altına atıb

Bakı metrosunda faciəli hadisə baş verib. Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə bu gün metronun "Ulduz" stansiyasında qeydə alınıb.25 yaşlı oğlan (kimliyi hələ məlum deyil) özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb.Onun sağ qolu amputasiya olunub.Bakı Metropolitenindən də APA-ya bildirib ki, "Ulduz" stansiyasında bir nəfər özünü "Nərimanov" stansiyasından gələn qatarın altına atıb.Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb.Metropolitendən o da bildirilib ki, özünün qatarın altına atan şəxs xilas edilib.

Sizin Reklam Yeriniz