Əlaqə Arxiv
news Image
2014.03.05
21:33
| A A A
ATƏT Ukraynaya hərbi heyət göndərir

Bu məsələ martın 4-də ATƏT-in Daimi Şurası və Təhlükəsizlik Əməkdaşlığı Forumunun birgə iclasında müzakirə olunub

ATƏT-ə üzvləri olan dövlətlər Ukraynanın müraciətinə cavab olaraq ölkəyə 35 silahsız hərbi heyət göndərmək qərarına gəlib. Bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib. 


Bu məsələ martın 4-də ATƏT-in Daimi Şurası və Təhlükəsizlik Əməkdaşlığı Forumunun birgə iclasında müzakirə olunub. Təşkilata üzv olan ölkələrin Hərbi heyətinin səfəri 2011-ci il Vyana Sənədinin 3-cü fəslinə əsasən baş tutacaq. 


Bu mexanizm ilk dəfə tətbiq olunur.


Bu məqsədlə göndərilən sorğulara ATƏT-ə üzv olan 18 ölkədən müsbət cavab verilib. Artıq ATƏT-ə üzv ölkələrdən Kanada, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, Latviya, Litva, Norveç, Polşa, Slovakiya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ Ukraynanın bu istəyinə müsbət cavab verərək, hər ölkədən iki nümayəndənin göndərilməsinə qərar veriblər. ATƏT Münaqişələrin Qarşısının Alınması Mərkəzindən isə bir nümayəndə Ukraynaya səfər edəcək.


Hazırda hərbi heyət Ukraynaya yola düşüb.


ATƏT-in baş katibi Lamberto Zannier bildirib ki, bu hərbi səfər Ukraynada gərginliyin azaldılmasına yönəlib: "ATƏT-in təhlükəsizliyə əsas yanaşma yolları olaraq regionda münaqişələrin həlli üçün ən yaxşı yol kimi dialoqun təşviqini nəzərdə tutur.


Sizin Reklam Yeriniz