Azər Maqsudov: "Odorant nəfəs yolları ilə çox qəbul edildikdə ölümə də yol aça bilər"
"Onların arasında 5 azyaşlı da olub"
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bir
neçə yaşayış binasında təbii qazdan baş vermiş kütləvi zəhərlənmə
ilə əlaqədar 43 nəfər ambulator hospitalizasiya edilib.
Həmin xəstələrin səhhətləri üçün təhlükə olmadığından onların
hamısı gecə evə buraxılıb. Qazdan zəhərləndiyi üçün öldüyü
bildirilən sakinlərdən biri olan 45 yaşlı Natalya Məmmədovanın bu
hadisənin təsiri nəticəsində öldüyü ehtimal edilmir.
Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov
isə Movqe.az-a açıqlamasında bildirib ki, qazadn zəhərlənənlərdən 43 nəfər Toksikologiya şöbəsinə gətirilib: "Onların hər birinə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıb. 45 yaşlı evində ölən qadına gəlincə, demək olmaz ki, o qazdan zəhərlənərək ölüb yaxud da əksinə. Maraqlı məqam odur ki, 43 nəfərin heç birində ağırlaşma olmayıb. Baxmayaraq ki, onların arasında 5 azyaşlı da olub. Amma demək də olmaz ki, aderant ölümə səbəb ola bilməz. Çünki, odorant nəfəs yolları ilə həddindən çox qəbul edildikdə ölümə də yol aça bilər. Amma adi halda bu maddə narahatçılığa səbəb ola bilər. Ola bilər ki, qadın qaza iyi vermək üçün qatılan maddənin qoxusunu nəfəs yolları vasitəsilə daha çox qəbul etdiyindən boğulmaya səbəb olub. Hər halda səbəblər araşdırılmamış qəti fikir də söyləmək olmaz".