news Image
2014.03.06
10:55
| A A A
Lökbatanda qazdan 115 nəfər zəhərlənib-Rəsmi açıqlama
Anar Qədrili: "Onlardan 43-ü ambulator hospitalizasiya edilib" Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bir neçə yaşayış binasında təbii qazdan baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar rəsmi məlumat yayıb.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında  bildirib ki, 115 nəfər qazdan zəhərlənib. Onlardan 70-nə hadisə yerində yardım göstərilib və evə buraxılıb. Zərərçəkənlərin 45-i Səhiyyə Nazirliyinin Toksikologiya Mərkəzinə gətirilib. Onlardan 43-ü ambulator hospitalizasiya edilib. Həmin xəstələrin səhhətləri üçün təhlükə olmadığından onların hamısı gecə evə buraxılıb. Qazdan zəhərləndiyi üçün öldüyü bildirilən sakinlərdən biri olan 45 yaşlı Natalya Məmmədovanın bu hadisənin təsiri nəticəsində öldüyü ehtimal edilmir.