östərilən bütün cəhdlərə rəğmən, Avropa dövlətləri hələ də üzləşdikləri iqtisadi tənəzzüldən yaxa qurtara bilmirlər. Əksinə, real durum "köhnə qitə"də iqtisadi vəziyyətin getdikcə pisləşməkdə olduğunu üzə
Avropa İttifaqının yardımlarına baxmayaraq, bu
il də
Yunanıstanda 5 faizlik iqtisadi
geriləmə müşahidə olunacaq.
Bundan əlavə ilin
sonunadək işsizlik göstəricisinin 20 faizə qədər
artacağı gözlənilir. Parlament seçkilərindən sonra
isə ixtisarlarla bağlı
plan həyata keçiriləcək.
Planın yaxın aylarda
parlamentdə qəbul ediləcəyi
gözlənilir. Yeni layihə
təsdiq edilərsə, dövlət
sektorunda çalışan təxminən 50
minə yaxın işçi
vəzifəsini itirəcək. Fondun
bəyanatında oxşar vəziyyətin
İspaniyada da davam edəcəyi bildirilir.
Artıq baş
naziri Mariano Raxoy
ölkə əhalisinə səslənərək, yaxın
vaxtlarda daha sərt
iqtisadi tədbirlər görüləcəyi
ilə bağlı
xəbərdarlıq edib. İspaniyanın
xarici borclarında da
kəskin artım müşahidə
olunacaq. Belə ki, hazırda ümumdaxili
məhsulun təxminən 68.5 faizinə bərabər
olan xarici borc,
ilin sonunda 80 faizə
çatacaq. Bu isə son 17 ilin
ən yüksək
göstəricisidir. Bu arada
2012-ci ildə Niderlandda
da iqtisadi geriləmə
müşahidə oluna bilər.
Lakin gələn ildən
iqtisadi geriləmənin tamamilə
aradan qaldırılacağı bildirilir.çıxarır. Bunu "İqtisadiyyat və sənaye araşdırmaları fondu"nun açıqlamaları da təsdiq edir. Hesab olunur ki, Avropada iqtisadi tənəzzül bu ilin sonunadək davam edəcək. Bildirilir ki, problem, xüsusən Avrozona ölkələrində daha kəskin şəkildə özünü göstərəcək. Göstərilən
bütün cəhdlərə rəğmən,
Avropa dövlətləri hələ
də üzləşdikləri iqtisadi tənəzzüldən
yaxa qurtara bilmirlər.
Əksinə, real durum
"köhnə qitə"də iqtisadi vəziyyətin
getdikcə pisləşməkdə olduğunu
üzə çıxarır. Bunu
"İqtisadiyyat və sənaye
araşdırmaları fondu"nunaçıqlamaları da
təsdiq edir. Hesab
olunur ki, Avropada
iqtisadi tənəzzül bu
ilin sonunadək davam
edəcək. Bildirilir ki,
problem, xüsusən Avrozona
ölkələrində daha kəskin
şəkildə özünü göstərəcək.
Şübhəsiz ki, istənilən halda, Avropa iqtisadi böhranı müqavimət gücünün böyük olmasına baxmayaraq, Azərbaycana da təsir edir. Ekspertlər qeyd edir ki, Avropa böhranı Azərbaycanda müxtəlif sahələrə təsir edir. Məsələn, Avropa ilə həyata keçirilən ticarət əməliyyatlarının həcmi azalır. Bununla yanaşı, hesab olunur ki, artıq ikinci dalğası başlamaqda olan qlobal maliyyə böhranı Azərbaycanın səhm bazarına da böyük təhlükə yaradır. İqtisadçılar avrozonadakı böhranın Azərbaycana sərmayə qoyuluşlarının azalması və ölkəmizin vəsaitlərinin qoyulduğu qiymətli kağızların dəyərdən düşməsi ilə də təsir göstərə biləcəyini bildirir.
Ancaq böhranın ikinci dalğasının qarşısı alınmayacağı təqdirdə, onun təsirinin ölkə iqtisadiyyatına daha böyük olacağı şübhə doğurmur. Ekspertlər, digər əhəmiyyətli təsirlərdən biri kimi, neftin dünya bazarında qiymətinin azalmasından danışır. İqtisadçıların fikrincə, böhran olarsa, neftin bir barrelinin qiyməti 2012-ci ildə 40 dollara qədər azala bilər.
Qeyd olunduğu kimi avronun milli valyutamıza nisbətən dəyərdən düşməsi ilk növbədə xarici ticarət dövriyyəsinə təsir edəcək. Belə ki, Avronun ucuzlaşması Avropa dövlətlərinə satılan məhsulların azalmasına gətirib-çıxarmaqla yanaşı, həm də ixrac əməliyyatlarında əldə olunan real gəlirin həcmini azalda bilər. Neft gəlirlərinin bir hissəsinin məhz avroda saxlanılması da ziyanın olacağından xəbər verir. Proqnozlara görə, bu proses hələ bir müddət davam edəcək və buna paralel olaraq avronun dəyərdən düşməsi baş verəcək. Hətta belə fikirlər də səslənir ki, avro dolların kursu ilə bərabər səviyyəyə düşəcək. Bu halda investorlar avrodan imtina etməyə başlayacaq. Bu da dünya bazarında dolların bahalaşmasına gətirib çıxaracaq. Bəzi ekspertlər isə hesab edir ki, avronun ucuzlaşması dolların bahalaşmasına səbəb olacaq. Dollara tələbatın artması isə bu valyutanın qıtlığına gətirib-çıxara bilər.
Xatırladaq ki, bu günlərdə "Reuters" informasiya agentliyi iqtisadçı ekspertlər arasında sorğu aparıb. Onların böyük əksəriyyəti bu ilin avrozona üçün yaxşı olacağı haqda xoş proqnoz verməyib. Belə ki, bir sıra aparıcı iqtisadi nəhəng ölkələri böhran bürüyəcək, avro hazırkı mövcudluğunu itirəcək, neftin qiyməti əhəmiyyətli dərəcədə düşəcək, dünya fond bazarları isə ötən ildə verdiyi itkiləri bütünlüklə bərpa edə bilməyəcək. "Reuters"in apardığı irimiqyaslı sorğu göstərir ki, Avropa iqtisadiyyatının böhranı növbəti ildə də dərinləşməkdə davam edəcək. İqtisadçıların böyük əksəriyyəti hesab edir ki, 2012-ci ildə avrozona hazırkı mövcud vəziyyətini itirəcək.
Avrozonadakı böhranın Azərbaycana təsirini azaltmaq üçün hesab olunur ki, ilk növbədə manatın kursunun sabit saxlanılması üçün görülən tədbirlər davam etdirilməlidir. Həmçinin o da müsbət hal sayılır ki, Azərbaycanın maliyyə bazarı böhranı özündə hiss edə biləcək səviyyədə dünya iqtisadiyyatına inteqrasiya etməyib. Bununla yanaşı Azərbaycan iqtisadiyyatı böhranın təsirindən də tam sığortalanmayıb.
Səməd CƏFƏROV