news Image
2014.03.06
13:23
| A A A
Hərbi hissələrdə mobil telefonlara qadağa- Açıqlama

Cəbhə xəttində yerləşən hərbi hissələrdə zabit və gizirlərin mobil telefonlardan istifadəsinə məhdudiyyət qoyulub.  Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib. Onun sözlərinə görə, bu məhdudiyyət məlum səbəblərdən düşmənlə üz-üzə dayanan həmin hərbi hissələrdə məxfiliyi qorumaq məqsədilə qoyulub. 

Müdafiə Nazirliyinin cəbhə xəttindən kənar digər təsisatlarına gəlincə, xidmətin rəisi qeyd edib ki, bununla bağlı hər hansı qadağa və məhdudiyyət yoxdur.