news Image
2014.03.06
14:29
| A A A
Venezuela Panama ilə diplomatik əlaqələrini kəsdi

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Venezuela Prezidenti Nikolas Maduro Panama ilə olan diplomatic əlaqələrini kəsib və iqtisadi münasibətləri dondurub. Bu qərar Amerika Ştatları təşkilatında (OAS) Venezuela böhranı müzakirəsindən sonra gəlib. Cənab Maduro digər Latın Amerika dövlət rəhbərlərilə də görüşərək mərhum Venezuela Prezidenti Huqo Çavezin vəfat etməsinin il dönümünü  qeyd etmək haqqında danışıb. Ötən ay hökümət eleyhinə etirazlarda 18 nəfər həlak olub.