news Image
2012.06.13
15:24
| A A A
Almaniyada Azərbaycan Tədqiqatlarına həsr olunmuş ilk elmi konfransı keçiriləcək

Berlində gənc araşdırıcıların Almaniyada Azərbaycan Tədqiqatlarına (AAT) həsr olunmuş ilk elmi konfransı keçiriləcək. Azərbaycan Respublikasının Ştutgart şəhərindəki fəxri konsulluğundanAPA-ya verilən məlumata görə, iyunun 15-dən 17-dək Azərbaycan Tələbə Şəbəkəsi (Azerbaijan Student Network, ASN) və Humboldt adına Berlin Universitetinin "Azərbaycan tarixi" kafedrası ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə Berlin şəhərində Almaniyada Azərbaycan Tədqiqatlarına (AAT) həsr olunmuş ilk konfrans təşkil edəcək. Humboldt adına Universitetdə təşkil ediləcək bu konfransın əsas məqsədi azərbaycanlı və alman tədqiqatçılarına Azərbaycana dair elmi araşdırmalarını təqdim edib müzakirəyə çıxarmaq üçün bir platforma yaratmaqdır. Konfransa, ilk növbədə, bütün elm sahələrindən Azərbaycana aid tədqiqat aparan gənc alimlər (tələbələr, doktorantlar və post-doktorantlar) dəvət olunurlar. Bununla konfrans azərbaycanlı və alman tədqiqatçıları arasında elmi mübadilə və şəbəkələşmə yolu ilə Almaniyada Azərbaycan tədqiqatlarının davamlı olmasına və bu tədqiqatın daha səmərəli əlaqələndirilməsinə öz töhfəsini vermək istəyir. AAT konfransı çərçivəsində açılış və yekun iclaslarından başqa müxtəlif ixtisaslara aid məruzələrdən ibarət panellərin keçirilməsi və habelə hər bir panelin sonunda məruzələrin müzakirəsi nəzərdə tutulur. Konfransın işçi dili alman dili olacaq. Amma ayrı-ayrı panel və çıxışlar ingilis dilində də ola bilər. Konfransdan sonra təqdim edilmiş elmi araşdırmaların toplu kitab şəkilində (elektron və çap formatında) dərc olunması planlaşdırılır. Bundan başqa Azərbaycan Tələbə Şəbəkəsi növbəti illərdə AAT konfransını beynəlxalq Azərbaycan tədqiqatçılarının illik elmi mübadilə forumuna çevirməyi nəzərdə tutur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs