Əlaqə Arxiv
news Image
2014.03.06
16:21
| A A A
Eks- Prezidentin və arvadının gizli səs qeydləri üzə çıxdı

Keçmiş Fransa Prezidenti Nikolas Sarkozi və həyat yoldaşı Karla Bruni gizli danışıqları mediaya sızdırıldıqdan sonra qanuni əməliyyatlara start veriblər.

 Bu haqda Movqe.Az BBC-yə istinad edir. Cənab Sarkozinin vəkili səs qeydlərinin daha çox surətinin yayılmasının qarşısını almaq üçün təcili tədbir alınmasını tələb edib.

 

Onlar bildirib ki, səs qeydləri cütlüyün xəbəri olmadan keçmiş köməkçi Patrik Buisson tərəfindən qeydə alınıb.

 

Jurnalistlərin sözlərinə görə, bu səs qeydlərinin surətləri utandırıcı hal olsa da, elə də zərərli hesab olunmamalıdır.

 

Cənab Sarkozi, Buissonun 2007-12-ci illərdə də keçirilən yüzlərlə məxfi görüşü və söhbətləri qeydə aldığını söyləyib.

 

Şərhdə, Cənab Buissonun vəkili bunları təsdiq etsə də, qeydlərin Cənab Sarkozi və digər rəsmilər üçün müzakirələri yaddaşda  saxlamaq üçün edildiyini bildirib.

"Xəyanət"

 Bu qeydlərdən bəziləri çərçşənbə günü satirik jurnal "le Canard Enchaine" və "Atlantico" vebsaytında yayımlanıb.

Cənab Sarkozinin "Elysee" görüşündə iştirakı da bəzi rəsmilər tərəfindən xoş qarşılanmayıb. Onların sözlərinə görə, Sarkozi-Bruno cütlüyü xoşbəxt deyil, xanım Bruni Sarkoziylə evlənəndən çox pul itirib və öz maliyyə problemini həl etmək üçün yaşlanma əleyhinə olan məhsulları reklam edir.

Cənab Sarkozi bu hərəkətiylə öz nazirləri qarşısında da gözdən düşmüş kimi görünür. Belə ki, Sarkozinin yaxın mütəffiqlərindən Henri Quaino verdiyi açıqlamada, sabiq cənab prezidentin özünü cənab Buisson tərəfindən xəyanətə məruz qalmış kimi hiss etdiyini söyləyib. 

Sizin Reklam Yeriniz