news Image
2014.03.06
16:17
| A A A
Paytaxt sakinlərindən 663-ü xəstəxanaya yerləşdirildi

Paytaxtda əhalinin dispanserizasiyası ilə bağlı keçirilən tədbirlər zamanı tibbi müayinədən keçən 194 min 849 nəfərdən 16 min 572 nəfərində xəstəlik aşkarlanıb. Bu məlumatı Movqe.az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev verib. R. Nağıyev bildirib ki, dispanser qeydiyyata 4 min 382 nəfər alınıb. 663  paytaxt sakini isə xəstəxanaya yerləşdirilib. R. Nağıyev paytaxt sakinlərində aşkarlanan xəstəliklərin əsasən ürək-qan damar, həzm mədə-bağırsaq, sidik və cinsiyyət sistemi xəstəlikləri olduğunu söyləyib: "Paytaxtda qeydiyyatda olan 2 milyon 300 min əhalinin 1 milyon 567-i böyük, yəni yaşı 18-dən yuxarı olanlardır. Onlardan hələki 194 min 849 nəfəri dispanserizasiya çərçivəsində tibbi müayinədən keçib. Amma dispanserizasiya tədbirləri may ayınadək davam edəcək. Paytaxtda yaşayan əhali arasında dispanserizasiyada iştiraka xüsusi fəallıq nümayiş olunur. Bakı sakinləri tibbi müayindən keçərək sağlamlıqları barədə məlumatlandırılırlar. Eyni zamanda məsləhət alırlar. Bakıda əhalinin dispanserizasiyası yüksək səviyyədə təşkil olunub. Çalışırıq ki, müayinəyə gələn bütün paytatx sakinləri lazımi müayinələrdən keçərək ehtiyac olarsa müalicəyə cəlb olunsunlar".