news Image
2014.03.06
16:49
| A A A
Donetsk qubernatorluğu boşaldıldı

Ukraynanın Donetsk şəhərində dünən təşkil edilən Rusiya tərəfdarı hərəkatlarda qubernatorluq binasına girərək, buranı işğal edən nümayişçilərin, təhlükəsizlik qüvvələri tərəfindən səhərə qarşı binadan çıxarıldığı bildirilib. 


Rusiya tərəfdarı nümayişçilər, ötən  gün binanın ilk iki mərtəbəsini ələ keçirmiş, dünən edilən bomba xəbəri səbəbiylə bina azad edilmiş, günortadan sonra Donetsk qubernatorluq binası qarşısında yenidən toplaşan Aktivistlər şüşələri qapıları qıraraq binanın hamısını işğal edib.


Təhlükəsizlik güclərinin səhərə qarşı etdiyi müdaxilə ilə bina yenidən boşaldılıb, Rusiya bayrağı endirilərək, Ukrayna bayrağı asılıb. 


75 nəfərin nəzarətə alındığı bildirilib.. 


Binanın qarşısında geniş təhlükəsizlik tədbirləri alınıb, ətrafa heç kəs yaxınlaşdırılmır.