news Image
2014.03.06
17:21
| A A A
Azərbaycanda su tramvayları ola bilər
Azərbaycanda Xəzər dənizi ətrafında yeni infrasturukturun salınması su tramvaylarının yaradılmasını reallaşdıra bilər. Bu sözləri Movqe.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev  söyləyib. C. Qocayev bildirib ki, Pirallahı rayonundan adalara, gələcəkdə salınması nəzərdə tutulan Ələt limanına, Xəzər adalarına getmək üçün su tramvayı ən əlverişli nəqliyyat vasitəsi ola bilər: "Gələcəkdə Ələtdə Limanın salınması planı var. Həmin əraziyə getmək üçün ən əlverişli nəqliyyat su tramvayları ola bilər. Bundan başqa Xəzər adalarına da su vasitəsilə nəqliyyat sərfəlidir. Bu həm də ekoloji baxımdan sərfəli sayıla bilər".