news Image
2014.03.06
18:11
| A A A
NATO 5 Əfqan əsgərini "səhvən" öldürdüyünü açıqladı

NATO, bu gün Əfqanıstanın Logar vilayətində təşkil edilən hava hücumunda ölən 5 Əfqan əsgərinin qəza nəticəsində öldürüldüyünü açıqlayıb. 


Movqe.Az xəbər verir ki, NATO spikeri Cathleen Snov etdiyi şərhdə, "Ən az beş Əfqan Milli Ordusu personalı bu gün səhər saatlarında Əfqanıstanın şərqində edilən bir əməliyyatda səhvən öldürülmüşdür" deyib. 


Əfqanıstan Müdafiə Nazirliyinin spkieri Zahir Əzimi etdiyi yazılı şərhdə, səhər erkən saatlarda NATO qüvvələri tərəfindən, paytaxt Kabilin yaxın məsafəsində olan Logar şəhərində reallaşan hava hücumunda 5 Əfqan əsgərinin öldürdüyünü söyləyib. Hücumda 8 əsgərin də yaralandığını deyən spiker, hadisələ əlaqədar araşdırmaların başladıldığını bildirib.