news Image
2014.03.06
20:13
| A A A
Azərbaycan Ordusundakı dini cərəyanlarla bağlı açıqlama

İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği qadağandır

Hərbi hissələrdə hərbi qulluqçuların dini əqidə azadlığına necə təminat verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən açıqlama verilib. 


Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS PRESS-ə açıqlamasında Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımızın hərbi ximət keçdiyini deyib. 


O, qeyd edib ki, eyni zamanda insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır:


"İlk olaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 


Eyni zamanda insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır.


Azərbaycan Respublikası çoxkonfessiyalı dövlət olduğu kimi, Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi ximət keçirlər".


Vaqif Dərgahlı bildirib ki, bununla belə Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir.