Əlaqə Arxiv
news Image
2014.03.06
18:29
| A A A
Azərbaycan millisi buzadırmanma üzrə Avropa Çempionatında 3-cü yeri tutub

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilmiş Buzadırmanma üzrə Avropa Çempionatı yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından ibarət Azərbaycan Milli yığma komandası uğurla çıxış edib. FAİREX-in mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, kişilər və qadınlar arasında mürəkkəblik və sürət üzrə keçirilən çempionat üç gün davam edib. Yarışlarda Azərbaycan milli yığma komandasının tərkibində FAİREX-in idmançılarından ibarət 4 nəfərlik nümayəndə heyəti - Qalib Şıxrəhimov, Rinat Rəhimxanov, Ramay Rəhimxanov və Reyhan Məmmədova iştirak edib. Buzadırmanma üzrə Avropa Çempionatının nəticələrinə görə komandalararası yarışda FAİREX-in idmançılarından təşkil olunmuş Azərbaycan milli yığma komandası 3-cü yeri tutub.

Sizin Reklam Yeriniz