news Image
2014.03.06
19:24
| A A A
Mikayıl Cabbarov yeni avtomobillər aldı

Azərbaycan Təhsil Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk peşə-ixtisas təhsili müəssisələri üçün 11 ədəd "Renault Logan" markalı nəqliyyat vasitəsi alınıb. Movqe.az-ın  nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bu, müvafiq sahədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, mütəxəssis hazırlığı işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.   Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb. Təlim üçün nəzərdə tutulmuş Avropa istehsallı bu avtomobillər 1600 kub/sm mühərrik və 5 pilləli mexaniki sürət qutusu ilə təchiz edilib. Avtomobillər həm idarəetmə, həm də təhlükəsizlik baxımından Avropa standartlarına cavab verir. Müvafiq sahə üzrə kadr hazırlayan ilk peşə-ixtisas təhsili müəssisələri üçün alınmış yeni avtomobillər tədrisin səmərliliyinin artırılmasına münbit şərait yaradacaq.