news Image
2014.03.06
19:29
| A A A
İntihar edən məktəbli Müdafiə Nazirliyində İdarə rəisinin qızıdır
Bakıda özünü binadan ataraq intihar edən qızın yüksək rütbəli hərbçinin övladı olduğu məlum olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Zərifə Əsədova Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Mübariz Əsədovun qızıdır. Polisdən həmçinin bildirilib ki, Z. Əsədova Hövsanda yaşayıb. Bir gün əvvəl yaşadığı evi tərk edən qız bu gün Səbail rayonu, Mətbuat prospekti, 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 9-cu mərtəbəsinə çıxaraq oradan özünü atıb. Z. Əsədova intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq bağışlanmasını istəyib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.