Əlaqə Arxiv
news Image
2014.03.07
10:44
| A A A
Olimpiadalarının yekun turunun keçiriləcəyi tarix açıqlanıb

Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən  verilən xəbərə görə, əmrdə məktəblilərin fənn olimpiadalarının yekun turunun 16-17 mart tarixdə Bakı şəhərində keçirilməsi qeyd olunub. Olimpiadaların yekun turunun iştirakçıları martın 16-da qəbul edilərək Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə Nazirlik tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında, riyaziyyat, fizika və informatika fənləri üzrə Nazirlik tabeliyindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə yerləşdirilsinlər. Əmrdə bildirilib ki, olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 17 mart tarixdə keçirilsin. 

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Sizin Reklam Yeriniz