news Image
2014.03.07
11:02
| A A A
Obama Putini diplomatik danışıqlara səslədi

ABŞ Prezidenti Barak Obama Ukrayna böhranını diplomatik yolla həll etmək üçün Vladimir Putinlə uzun telefon daışığı edib. Uzun telefon danışıqlarından sonra Rusiya  lideri Moskva-Vaşinqton münasibətlərinin zədələnməyəcəyini bildirib. Bu haqda Movqe.Az BBc-yə istinad edir. Rusiya ordusu Ukrayna Prezidentinin hakimiyyətdən devrilməsindən sonra Krımın nəzarətini ələ almışdı. Cümə günü Soçi Qış Paralipiyasının açılışı zamanı bir çox xarici turistlər Ukrayna böhranını boykot edib. Prezident Obama isə, Ağ evdəki çıxışında Rusiya Prezidentinə səslənərək Krımdakı ölkə aksiyasının Ukraynanın suverenliyi uğrunda edildiyini bildirib. Obama qeyd edib ki, yeganə çıxış yolu rus qoşunlarının geri çəkilməsi, Kiyev və Moskva arasında diölomatik danışıqların başlamasıdır. Bu iki dövlət başçısının etdiyi ikinci telefon danışığı idi. Əhalisinin əksəriyyətini etnik ruslar təşkil edən əhali 16 martda bu məsələni həll etmək üçün referendum keçirməyi planlaşdırır. 

Görüş təxminən bir saat davam edib. Daha əvvəlki şərhlərində Rusiyanın beynəlxalq hüquqa zidd davrandığını və bu hərəkətinin cəzasız qalmayacağını söyləyən Obama görüşdə , Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozan hərəkətlərin ABŞ-ın Avropalı müttəfiqləri ilə bəzi addımlar atmasına səbəb ola biləcəyini vurğulayıb.

Obama , həllin bir parçası olaraq , beynəlxalq cəmiyyətin köməyi ilə Ukrayna hökuməti və Rusiyanın birbaşa olaraq görüşməsi , beynəlxalq müşahidəçilərin Rus mənşəli etnik qruplar daxil olmaqla, bütün Ukrayna xalqının haqqlarını təmin etməsi , Rus əsgərlərinin əsaslarına geri dönməsi və may ayında reallaşacaq seçkilərdə Ukrayna xalqına beynəlxalq cəmiyyətin dəstək verməsi kimi addımların atıla biləcəyini bildirib. 


ABŞ prezidenti Obama , xarici işlər naziri Con Kerrinin bu istiqamətdə irəliləyiş təmin etmək məqsədiylə Rusiya xarici işlər naziri Sergey Lavrov , Ukrayna hökuməti və digər müttəfiqləri ilə danışıqlar edə biləcəyini söyləyib. Obama və Putin ötən həftə də eyni məsələyə bağlı 90 dəqiqə davam edən bir telefon görüşü etmişdi.