news Image
2014.03.07
11:07
| A A A
Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirilə bilər

Azərbaycan İran vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələni nəzərdən keçirir.

APA-nın verdiyi məlumata görə, bu barədə İranın Araz azad ticarət zonasının rəsmiləri ilə görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib.

 

Onun sözlərinə görə, xüsusi komissiya bu məsələni nəzərdən keçirir: "Biz məsələnin yaxın gələcəkdə həll olunacağı barədə nikbinik. Rəsmi Bakı bu məsələni iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi nöqteyi-nəzərdən nəzərdən keçirir".

 

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə APA-ya bildirib ki, öz azərbaycanlı həmkarının fikirlərini dəstəkləyir: "Biz ikitərəfli əlaqələrimizi inkişaf etdirmək istəyirik və bu addımı müsbət qarşılayırıq. İstəyirik ki, insanlar rahat şəkildə bir-birini ziyarət edə bilsin".

 

M.P.Ayin əlavə edib ki, Azərbaycan rəsmiləri ilə görüşlərdə bu məsələni dəfələrlə qaldırıb.