news Image
2014.03.07
11:02
| A A A
1-ci sinfə yeni qəbul qaydaları

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdəki hazırlıq qruplarında təhsil alan uşaqların I sinfə hansı formada qəbul olunduğunu açıqlayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, mövcud qaydalara əsasən, ümumtəhsil məktəblərində açılan məktəbəhazırlıq siniflərindəki 6 yaşı 16 sentyabrdan sonra tamam olan uşaqlar 1-ci siniflərə müsahibəsiz birbaşa qəbul edilirlər. Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması hazırda kütləvi xarakter daşımır. Bu, bilavasitə valideynlərin arzusu əsasında həyata keçirilir. Həmin qruplar, bir qayda olaraq, məktəbəqədər təhsil müəssisələrində təşkil olunur. Nazirlikdən deyilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəhazırlıq icbari hesab edildiyindən bütün uşaqların məktəbəqədər təhsillə əhatə olunması mühüm vəzifə kimi qarşıda dayanır və bununla əlaqədar müvafiq tədbirlər görüləcək.