news Image
2014.03.07
11:11
| A A A
Mini əmək yarmarkaları nəticəsində 270 nəfərə vakant iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-fevral aylarında Bakı şəhərinin rayonlarında keçirilən mini əmək yarmarkalarında ümumilikdə 77 müəssisə tərəfindən 1363 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu aktiv məşğulluq tədbirlərində 270 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 49 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Bakı şəhərinin rayonlarının Məşğulluq mərkəzləri tərəfindən müəssisə, idarə və təşkilatlardan mövcud vakansiyalar toplanmaqla hər ay mini əmək yarmarkaları təşkil olunur.