Səltənətin sonu! Qəddafinin oğlu..
Muammer Qəddafinin iqtidarında bir şahzadə kimi yaşayan Saadi Qəddafi, atası hakimiyyətdən devrildikdən sonra Nigeriyaya qaçmışdı.
Movqe.Az xəbər verir ki, Nigeriya, Interpol vasitəçiliyi ilə haqqında həbs əmri çıxarılan Muammer Qəddafinin oğlu Saadi 2.5 il sonra Liviyaya qaytarılıb. 2011-ci ildəki tədbirlər nəticəsində Muammer Qəddafinin devirən keçmiş üsyançıların qurduğu Trablis İnqilabçı Briqadası, Saadi Qəddafinin saç və saqqalını təraş etdikdən sonra paytaxt Trablisdəki həbsxanaya nəql edib. İnqilabdan əvvəl yaşadığı lüks həyatı ilə bilinən Saadi Qəddafi, Muammer Qəddafinin Şahzadəsi olaraq bilinirdi. Libya Futbol Federasiyası Başçılığı edən Saadi Qəddafi, bir dövr İtaliya birinci liqasında da forma geyinmişdi.