news Image
2014.03.07
13:33
| A A A
Viktor Yanukoviç ölüm ayağında

Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin Moskvada yerləşən bir xəstxanada ürək tutması səbəbilə yatdığı deyilir. MK olaraq bilinən  Moskovski Komsomolets qəzeti devrilmiş prezidentin vəziyyətinin ağır olduğunu təsdiqləyib. Bu haqda Movqe.az "daily mail"ə istinad edir. Prezident Vladimir Putin isə bugün Yanukoviçin ölümüylə bağlı çıxan xəbərləri yalanlamışdı. Çərşənbə axşamı Kremil lideri keçmiş mütəffiqinin yaşadığını, bir neçə gün əvvəl onunla görüşdüyünü söyləyib. Xatırladaq ki, Yanukoviç, son dəfə  bir həftə əvvəl Rusiya mətbuatına açıqlama verəndə görüntülənmişdi. Sabiq Prezidentin yatdığı xəstəxananın adı açıqlanmır.