news Image
2014.03.07
14:45
| A A A
Suriyada qan donduran zorlama
Suriyada dəhşətli zorlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, bu gecə bir qrup silahlı şəxs evləri dağıdan zaman 17 və 18 yaşlı bacılar vəhşicəsinə zorlanıb. Silahlılar mənzillərin birinə girərkən, ana və iki bacı yatıbmış.  Silahlılar evə girərək atəş açıb. Evin pəncərələrini və qapını deşik-deşik edən silahlılar qorxudan rəngləri ağaran qızlara və qadına hücum ediblər. Silahlılar qızları soyundurublar. Yaşlı qadın əsgərlərə mane olmaq istədikdə isə acımasızcasına döyülüb. Silahlı əsgərlər qadının gözləri qarşısında bacıları kütləvi şəkildə zorlamağa başlayıblar. Daha sonra əsgərlər fəryad qoparan yaşlı qadının başını balta ilə yarıblar. Daha sonra bacıların üstünə benzin tökərək diri-diri yandırıblar.