Əlaqə Arxiv
news Image
2014.03.07
11:00
| A A A
Masallıda Beynəlxalq Qadınlar Günü qeyd olunub

06 mart 2014-cü il tarixdə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir. 


Rayonun idarə, müəssisə və təşkilatında çalışan fəallarından ibarət bir qrup qadın Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişər. 

Sonra tədbir Masallı şəhər "Mübarək" şadlıq evində davam etmiş, müğənni Miriş Hüseynov "ANA" mahnısı ilə qadınları salamlamışdır.

Tədbirdə çıxış edən Masallı Rayon İcra hakimiyyətinin başçısı çox hörmətli cənab Rafil İsrafil oğlu Hüseynov 8 mart beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmiş, son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir.

Yığıncaqda çıxış edən Masallı şəhər 2 saylı uşaq bağçasının müdiri Naibə Aslanova, Hişkədərə kənd Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və başqaları qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmişlər.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun fəal qadınlarının bir qrupuna Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.

Qadınlar gününə həsr olunmuş tədbir rayon Mədəniyyət evinin özfəaliyyət kollektivin ifasında rəngarəng musiqilərlə yekunlaşmışdır.



Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü Əlihüseyn Şükürov yazır ki, m üasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək demişdir:


"Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".


Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan qadınına olan sayğını daha da artırdı.

Onun ö lkəmizdə açıq cəmiyyət uğ runda g ö rd ü y ü i ş l ə r gender probleminin həlli üçün hə rt ərə fli baza yaratd ı. 

1995- ci ilin iyununda Azərbaycan Birl əş mi ş Millə tlər T əş kilat ı n ı n " Qadı nlara münasibətdə bütün ayrı- seçkilik formalarının ləğ v olunması haqqında " Konvensiyasına qoşuldu . Elə həmin ilin yayında Heydər Əliyev Çində keçirilən Qadınların IV Beynəlxalq Konfransında qadınlarımızın yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Tarixə Pekin Konfransı kimi düşən beynəlxalq toplantının qəbul etdiyi qərar və qətnamələr dünyada qadın problemlərinin həllinin tezləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Amma bütün dünyanın bu şəkildə qəbul etdiyi Pekin Konfransından öncə məhz Heydər Əliyevin siyasi düşüncəsi, Azərbaycan qadınına böyük sayğısı bu işlərin ölkəmizdə hələ xeyli illər öncədən həyata keçirilməsinə start vermişdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisidir.

Bu bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.


Ümumən Azərbaycanda qadınların fəallığının qısa müddət ərzində hərəkat halına gəlməsi Heydər Əliyev siyasəti nəticəsində özünün yüksək mərhələsini yaşayır. 




Bu gün Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, elm, təhsil və mədəni həyatında yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti və mərdliyi ilə seçilirlər. Təsadüfi deyildir ki, Azərbaycan qadınlarının haqq səsi müasir dünyanın ən mötəbər tribunalarından planetimizin hər guşəsinə yayılır. Dövlətimiz tərəfindən qadınlarımıza göstərilən yüksək diqqət və qayğı, uğurla həyata keçirilən gender siyasəti onların cəmiyyətdə mövqeyini daha da möhkəmlətmək, özünütəsdiq üçün geniş meydan açmışdır. Üzərinə düşən böyük vəzifələri şərəflə yerinə yetirən Azərbaycan qadınları həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar.

Fəxrlə deyə bilərik ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdi

.

Vətəni modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev gələcəyin fəal həyat mövqeyi, kamil vətəndaşlarını yetişdirmək, gənc nəslə qayğını artırmaq məqsədilə xüsusi proqramlar həyata keçirən dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bunlar ictimaiyyətə yaxşı məlum olan sərəncamlardır: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması (6 fevral 2006), "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı (2006-2010)", "Gənclərin xaricdə təhsil alması", "Avropa təhsil məkanına inteqrasiya", "Elektron Azərbaycan" və s. dövlət proqramlarıdır. Bunlar ölkənin ana və uşaqlarına qayğıya, orta təhsili modernləşdirməyə, istedadlı gənclərə diqqət göstərməyə və istedadları himayə etməyə yönəlmiş rəhbər sənədlərdir. 


Hazırda ana və uşaqların sağlamlığı üçün çalışmaq ən böyük dövləti vəzifələrdən biridir. 

Hər bir millət və dövlət sağlam və normal adamların, övladların sayəsində tərəqqi edir



ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz