news Image
2014.03.07
15:15
| A A A
DTXK sədri Lənkəranda vətəndaşları qəbul edib

7 mart 2014-cü il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov Lənkəran şəhərində cənub bölgəsinin sakinlərini qəbul etmişdir. Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəran şəhərinin sakinləri ilə yanaşı, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan 50-yə yaxın sakinin müraciəti dinlənilmişdir.


Qəbulda olmuş vətəndaşların müraciətlərinin mahiyyəti əsasən torpaq islahatı zamanı bəzi pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin, o cümlədən yaşayış massivinin meşə fondu ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər xidməti qaydada tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərə aid olmuşdur.


Müraciətlərdə qaldırılan məsələlərin həllı bilavasitə Komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yerqurluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılmışdır. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınmış və Komitənin müvafiq məktubları ilə aidiyyatı qurumlara ünvanlanmışdır. Bu barədə öz səlahiyyətlərinə aid işlərin həmçinin qısa müddətdə icrası məqsədi ilə Komitənin aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilmişdir.


Qeyd edək ki, KİV-də əvvəlcədən qəbulla bağlı elan verilmiş və Komitənin region üzrə bütün strukturlarının və rayon (şəhər) şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilmişdir.