Əlaqə Arxiv
news Image
2014.03.07
16:45
| A A A
BDU-dan özünü metro altına atan tələbə ilə bağlı açıqlama

Özünü metro qatarının altına atan 1-ci kurs tələbəsinin ailə problemlərinin olduğu deyilir

Özünü metro qatarının altına atan tələbənin ailə problemləri olub. Bunu ans press-ə açıqlamasında Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib.


Onun sözlərinə görə, hadisədən dərhal sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisasının I kurs tələbəsi Dövran Mübariz oğlu Həsənov fakültə və tələbə yoldaşları tərəfindən sakit tələbə kimi xarakterizə olunur. Bu barədə univeritetin mətbuat xidməti açıqlama yayıb.


"Tələbə yoldaşlarının bildirdiyinə görə, o, 2013-2014-cü tədris ilinin I semestrində bütün dərslərdə iştirak etsə də, II semestrdə (fevralın 17-dən) dərslərə gəlməyib. Dövran Həsənovun ailə problemi olub və baş vermiş hadisə də bununla bağlı ola bilər. Tələbə yoldaşları onun psixoloji problemlərinin olduğunu və psixoloq yanında müalicə aldığını da bildirirlər. Tələbə yoldaşları, universitetin prorektoru, fakültənin dekanı, dekan müavinləri və əməkdaşlar bir neçə dəfə xəstəxanada onu ziyarət ediblər. Xəstə ilə intensiv əlaqə saxlanılır" - deyə universitetdən açıqlamasında göstərilir.

Sizin Reklam Yeriniz