Əlaqə Arxiv
news Image
2014.03.07
19:00
| A A A
Azərbaycanın aviasiya şirkətləri Birləşmiş Ştatlara uçuşların həyata keçirilməsi imkanı əldə etdi

Beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsindən sonra ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FMAİ) tərəfindən aviasiya təhlükəsizliyi sahəsində Azərbaycana 1-ci dərəcə verilib.

Bu təsnifat Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcək və bu, ölkələrimiz arasında turizmin və yük ticarətinin inkişafını dəstəkləyəcək.

FMAİ müəyyən edib ki, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə yetirir. Bu, FMAİ-in Texniki Təhlil missiyası tərəfindən 2013-cü ilin oktyabr ayında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA tərəfindən əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi məqsədilə ARDMAA ilə birlikdə 2013-cü ilin dekabrında və 2014-cü ilin yanvarında aparılmış hərtərəfli texniki müzakirələrdən sonra müəyyən edilib.

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində təkmilləşdirilmələrin həyata keçirilməsində ARDMAA-ın fəaliyyətinə töhfə verməkdən məmnundur. Xüsusilə aviasiya sahəsində texniki yardımın iki mərhələsini maliyyələşdirməklə ABŞ Hökuməti aviasiya sisteminə nəzarət sahəsində beynəlxalq standartların tələblərinə cavab verilməsində ARDMAA-na köməklik göstərməkdə maraqlı olduğunu nümayiş etdirib.

Sizin Reklam Yeriniz