Əlaqə Arxiv
news Image
2014.03.07
18:44
| A A A
Bakının Xətai rayonun böyük bir hissəsi işıqsız qalıb

Bu gün Bakının Xətai rayonunun elektrik enerjisi ilə təchizatında problem yaranıb.


"APA-Economics"in məlumatına görə, rayonun bir çox hissəsinə enerjinin verilməsi dayandırılıb.

 "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən "Əhmədli" yarımstansiyasında cüzi qəza vəziyyəti yaranıb: "Bu səbəbdən də rayonun bəzi hissəsi işıqsız qalıb".

 

Qurumdan bildiriblər ki, elektrik enerjisinin verilişi təxminən 40-50 dəqiqəyə tam bərpa olunacaq.

Sizin Reklam Yeriniz