news Image
2014.03.08
10:34
| A A A
ABŞ-ın hərbi gəmisi Qara dənizə daxil olub
ABŞ-ın “Trakston” adlı hərbi esminesi Qara dənizə daxil olub.

Movqe.az - ın verdiyi xəbərə görə, gəmi əvvəl Qara dənizdə yerləşən limanların birinə yan alacaq, sonra Rumıniya və Bolqarıstanın hərbi –dəniz qüvvələri ilə birlikdə əvvəlcədən planlaşdırılmış təlim keçəcək.

Boğazların statusu haqqında Montrö Konvensiyasına uyğun olaraq, hərbi gəmi Qara dənizdə 21 gündən artıq qala bilməz.

Gəmi Bosfor boğazını Türkiyənin sahil mühafizə katerlərinin müşayiəti ilə keçib.

Bir müddət öncə Amerika Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi bildirmişdi ki, gəminin Qara dənizə gəlməsi Ukraynadakıhadisələrlə bağlı deyil.