news Image
2014.03.08
11:46
| A A A
Lənkəranda “BMW” markalı avtomobil ata və onun 4 yaşlı oğlunu vurub

Hadisə ötən gecə Ələt – Astara magistralının rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Gərmətük qəsəbə sakini, 1993-cü il təvəllüdlü Nicat Arif oğlu Bağırov idarə etdiyi "BMW" markalı, 99-DP-633 dövlət nömrə nişanlı avtomobillə rayonun Gərmətük qəsəbə sakinləri, 1977-ci il təvəllüdlü Teymur İsmayıl oğlu Əliyevi və onun 4 yaşlı oğlu Əli Əliyevi vurub. Hər iki yaralı hadisə şahidlərinin köməyi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Teymur Əliyev xəstəxanadaca dünyasını dəyişib. Dörd yaşlı Əli Əliyev isə reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilməsinə baxmayaraq vəziyyəti ağır qiymətləndirilir.

İlkin versiya kimi hadisənin baş verməsinə səbəb avtomobilin yağışlı hava şəraitində yüksək sürətlə idarə olunması göstərilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintasq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.