Əlaqə Arxiv
news Image
2014.03.08
13:01
| A A A
Zaur Kamal Könül Kərimovanı aldatdı
Xanım sənətçi Zaurun hiyləsinə aldandı.

Movqe.az xəbər verir ki, "5-də 5" verlişinin yeni buraxlışı çox təccübləndirici məqamları ilə diqqət çəkib. Belə ki, aparıcı Zaur Kamal verlişin başlanğıcından Könül Kərimovaya sürprizi olacağını bildirib. Zaur sürprizin isə İsraildən ölkəmizə təklif buyuran bir müğənniylə bağlı olduğunu açıqlayıb. Həmən əcnəbi müğənninin canlı yayımda Könül xanımın repertuarından bir sevilən mahnısını ifa edəcəyini söyləyib. O məqam yetişəndə isə bunun aparıcı tərəfindən qurulmuş bir oyun olduğu ortaya çıxıb.


Gələn "İsrailli müğənni" əslində Zaur Kamalın verlişinin kadr arxası işçilərindən biri olub. Lakin, Könül Kərimova bunun yenə də bir oyun olduğunu anlamayıb. Hətta xanım müğənni bu yalana o dərəcədə inanıb ki, "İsrailli qonağ"ı qarşılamaq üçün ayağa qalxıb. Həmən şəxs Könül Kərimovanın repertuarından bir mahnı ifa edib və mahnı bitdikdən dərhal sonra verlişin aparıcısı Zaur, o şəxsə işarə edərək danışmamağını bildirib:

"Danışma! O, ingiliscə bilir, Könül xanım. Yaxşısı budur danışmasın. Biz onu yola salaq getsin. Yəqin ki, o, indi qalmaq üçün hotelə gedəcək."


Zaurun bu yalanına aldanan Könül Kərimova, həqiqəti biləndən sonra aparıcını bağışlayacaq ya yox, bu sonranın mövzusu.

Sizin Reklam Yeriniz