Mahmud Kərimov: “Akademiya artıq qocalıb”
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. O deyib
ki, aspirantlar üçün tikiləcək bina üçün müəyyən təkliflər olub:
"Amma hər bir təklifə yerində baxanda müəyyən qüsurlar ortaya
çıxır. Şərifzadə küçəsində yerləşən AMEA yataqxanasının həyəti
tikinti üçün münasibdir. Bu daha məqbul variantdır. Ərazi
baxımından burada yeni binanın tikintisi üçün imkan var. Razılıq
olsa, aspirantlar üçün bina həmin ərazidə tikilə bilər. Amma hələ
ki, bu varianta razılıq əldə edə bilməmişik".
M. Kərimov deyib ki, gənc alimlər üçün yaş həddinin 40-a çatdırılması ilə əlaqədar Gənclər və İdman Nazirliyinin təklifini dəstəkləyir: "AMEA-da yaş həddi o həddə çatıb ki, 40 yaş bizim üçün gənc hesab olunur. Akademiya çox qocalıb. AMEA-da orta yaş 70-i keçib. Bu baxımdan 40 yaşlı şəxsləri gənc alim hesab etmək olar. Deməzdim vəziyyət belə acınacaqlıdır. Amma bu fakt müəyyən mülahizələr yürütmək üçün əsas verir".
AMEA prezidentinin sözlərinə görə, alim peşəsini daha da cəlbedici eləmək, gənclərin elmə axınını sürətləndirmək üçün ilk növbədə üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: "Onların məvaciblərinə yenidən baxılmalıdır. Alimləri həvəsləndirmək lazımdır. Müəyyən perspektivlər olmalıdır. Elmə gələn hər bir gənc hiss etməlidir ki, onun karyerasında elmin müsbət təsiri olacaq".