Əlaqə Arxiv
news Image
2014.03.08
12:58
| A A A
“Krımda qarşıdurma güclənib silahlı döyüş həddinə çatarsa, Ukrayna ordusunun qələbəsi şəksizdir”

Nədənsə hərbi qarşıdurmanın olacağı təqdirdə Ukraynanın SQ-nin Rusiyadan qat-qat zəif olduğu üçün qısa zamanda məğub ola bilcəyini yazırlar. Bəli, ilk baxışda bu iki ölkənin iqtisadiyyatı, hərbi gücü, maaliyyəsi və s. faktorların müqayisəsi çox-çox fəqrlidir. Mətbuatda hər iki ölkənin aviasiya, tank, digər hərbi texnikalarının fərqli müqayisəsi verilib. Məs’lənin digər aspektləri də var. Yaxın tarixdən məlum olan 1956 Macarıstan, 1968 Çexoslavakiya, 1979-cu il Əfqanıstan hadisələrini xatırlasaq, bu olayların heç birindən Rusiyanın sələfi olduğu SSRİ kimi nəhəng bir ölkə qalib çıxmadı. Həmin vaxt SSRİ tək yox, sosilaist ölkələrinin blokunun dəstəyinə malik idi. İndiki Rusiyadan hər cəhətdən qat qat-qat güclü idi. İndi isə Rusiya tam təkdir. Hətta ən yaxın müttəfiqi Belarusiya belə Ukraynaya tərəfdardır. Putin özü də gözləmədiyi ümumdünya təpkisi ilə üzləşib. Bu səbəbdən Ukryanaya hələ qoşun yeritmədiyini bəyan edir. Faktlar isə əksini deyir. Rusiya Krımda və Ukryananın şərq regionlarında yaşayan rusların təhlükəsizliyi bəhanəsini gətirsə də, özü gözləmədiyi anla üz-üzədir. Yəni bütün təxribatlara, Ukrayna hərbi hissələrinin "özünü müdafiə" dəstləri (halbuki bu rus nizami ordusu əsgərləridir) tərəfindən blokadaya alınması, hökumət binalarının silahlı qüvvələr tərəfindən tutulması, gəmilərə atəş açılması və s-ə. baxmayaraq Ukrayna tərəfi çox böyük səbr nümayiş etdirərək "birinci atəş açmamaq" prinsipinə əməl etmiş və bununla rəqibini pat vəziyyətinə salıb. Əgər Krımda qarşıdurma güclənib silahlı döyüş həddinə çatarsa, Ukrayna ordusunun qələbəsi şəksizdir. Birinci növbədə ona görə ki, onlar öz ölkələrinin ərazi bütövlüyün qoruyurlar. Rusların təzavüzünə haqq qazandırmaqlarına heç bir səbəb yoxdur. Digər tərəfdən, bir müddət hakimiyyət böhranı yaşayan Ukrayna güc orqanları artıq özlərinə gəlmiş və çox ciddi - 24 saatlıq iş rejiminə keçiblər. Ölkənin hər yerində könllü dəstələr formalaşdırılıb. Komissarlıqlar onları qeydə almağı çatdıra bilmir. Böyük ruh yüksəlkilyi var. Rusiyanın öyündüyü havadan hücum vasitələri və digər yerüstü texnika burda işə yaramayacaq. Elə təkcə Əfqanıstan müharibəsini xatırlamaq kifayətdir. Nəzəri və texniki cəhətdən mücahidlədən qat -qat üstün olan ukraynalılar nə qədər güclü texnika olsa belə, müdafiə vəziyyətində onları sırdan çıxarmağa qadirdilər. Özü də Ukrayna MDB-də Rusiyadan sonra ordu qüvvəsinə görə ikinci yerdədir. Həm də Rusiya böyük ölkə olduğu üçün ordusunun hamısını Ukrayna sərhədinə gətirə bilməz. ÇİN, Yaponiya, Orta Asiya regionlarından qoşun çıxartmaq isə asan deyil. Hətta gərgin vəziyyətdə olan Qafqaz regionuna belə toxunub qoşunları dislokasiya etmək Rusiya üçün təhlükəlidir. Ukraynaya isə Qərbdən və digər qonşularından heç bir təhlükə yoxdur, əksinə dəstək var. Ona görə o sərbəst şəkildə öz qüvvələrini tam olaraq Rusiya sərhədinə yığa bilər. Eyni zamanda artıq Rusiyanın ciddi siyasi simaları, tanınmış ziyalıları etirazlarını bildirirlər. Digər tərəfdən, Rusiyada ən böyük diaspor ukryanalılara məxsusdur. Hələ Sovet dövründə hərbi məktəblərdə ukaraynalıların müdavimləri sayı etibari ilə digər sovet xalqalrına müqayisədə üstünlük təşkil edirdi. Hazırda Rusiya hərbi elitasının da böyük bir qismini onlar təşkil edir. Əgər münaqişə daha ciddi səviyyə çatarsa, bu zümrənin münasibətinin necə olacağı bəlli deyil. Təbii ki, Çeçenistan kimi kiçik bir bölgədə uzun illər müharibə aparan Rusiyanın bu müharibədəki itkiləri bəllidir. İndi isə qat-qat böyük potensialı olan bir ölkə ilə müharibəni aparmalı olsa, onun itkilərinin hansı səviyyədə olacağını düşünmək belə dəhşətdir. Buna isə Rusiya ictimaiyyətinin razılaşmayacağı şəksizdir. Əgər planlaşdıralan Krım və şərq vilyətlərinin işğalı baş tutarsa belə, ukraynalıların bununla barışmayıb partizan müharibəsinə başlayacağı gözləniləndir. Çünki, hələ ikinci cahan savşından sonra Qərbi Ukryana Stalin kimi bir rejimlə barışmayaraq 50-ci illərin ortalarına kimi silahlı mücadilə etmişdilər. Bu isə Rusiyanın bir dövlət kimi çöküşünə gətirib çıxara bilər.

Sizin Reklam Yeriniz