Böyük Britaniya İranın 11 rəsmisinə qarşı sanksiyaları aradan qaldırıb
Böyük Britaniya İrana qarşı bəzi sanksiyaları aradan qaldırıb.
Movqe.az-ın İranın "Fars" xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, Böyük Britaniya Maliyyə Nazirliyi İran dənizçilik
şirkətlərinin 11 rəsmisinin adını "qara siyahı"dan çıxarıb.Qeyd
edək ki, Böyük Britaniya hökuməti bu addımı Avropa Məhkəməsinin
İranın dənizçilik şirkətlərinin 11 rəsmisinə qarşı sanksiyaları
ləğv etdikdən sonra atıb. Rəsmi London 2011-ci ilin dekabrında İran
dənizçilik şirkətlərinin rəsmilərinə sanksiya tətbiq edib.