news Image
2012.04.06
10:28
| A A A
907-ci düzəliş ləğv oluna bilər, lakin...
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Vətəndaş cəmiyyəti: reallıq və perspektivlər” mövzusunda konfrans keçirilib

Dünən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Vətəndaş cəmiyyəti: reallıq və perspektivlər" mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, bir sıra ABŞ senatorlarının administrasiyalarının təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanda media və vətəndaş cəmiyyətinin inkişaf və perspektivinə dair məsələlər müzakirə olunub.

Tədbir açılış nitqi söyləyən SAM direktorunun müavini Gülşən Paşayeva ABŞ-ın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu bildirib. Onun sözlərinə görə, bu gün iki ölkə arasında imzalanmış 100-dən artıq ikitərəfli saziş Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın əsasını təşkil edir.

Daha sonra bir sıra QHT-lərin rəhbərləri ABŞ nümayəndə heyətini öz təşkilatlarının fəaliyyəti ilə tanış ediblər. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov qeyd edib ki, ölkədə 3 mindən artıq QHT qeydiyyatdan keçsə də, onlardan yalnız 250-dən çoxu aktiv fəaliyyət göstərir.

ABŞ nümayəndə heyətinin üzvləri bu ölkənin Dağlıq Qarabağdakı separatçı quruma maliyyə yardımı ayırmasına münasibət bildirərək qeyd ediblər ki, ABŞ Konqresi bu məsələyə yenidən baxmalı, Azərbaycan isə problemə yenidən baxılması üçün daha aktiv fəaliyyət göstərməlidir.

"Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ləğvinə mane olan səbəbləri şərh edən ABŞ təmsilçiləri qeyd edib ki, ölkədə qanunverici və icraedici hakimiyyətin bölünməsi bəzi qanunvericilik proseslərinin ləng inkişafına səbəb olur: "Hazırda bu məsələyə yenidən baxılır, 907-ci düzəliş ləğv oluna bilər, lakin bunun üçün vaxt lazımdır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs